Fransanın PSJ komandası “Renn”i darmadağın etdiyi matçdan sonra baş məşqçi Luis Enrike mətbuat konfransında əsəbləşib.
İdman.Biz xəbər verir ki, rusiyalı qapıçı Matvey Safonovun qapısını toxunulmaz saxladığı, ukraynalı müdafiəçi İlya Zabarnının isə ümumiyyətlə heyətə daxil edilmədiyi oyundan sonra ispan mütəxəssis bu mövzu ətrafında yaranan müzakirələrə kəskin münasibət bildirib.
Luis Enrike buna görə mətbuat nümayəndələrini tənqid edərək deyib: “Bu, inanılmazdır! Hər verdiyiniz sual problemi şişirtmək üçündür. O, xəstədir, nöqtə. Heç bir müzakirə yoxdur”.
Qeyd edək ki, qarşılaşmada PSJ “Renn” üzərində böyük hesablı qələbə qazanıb. Buna baxmayaraq, Zabarnının heyətdə yer almaması sosial şəbəkələrdə və mediada geniş müzakirə mövzusuna çevrilib.
