Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Greuther Fürt”ün 23 yaşlı hücumçusu Noel Futkeu üçün hazırladığı ad günü paylaşımı sosial şəbəkələrdə, xüsusən də Türkiyədə geniş rezonans doğurub.
İdman.Biz xəbər verir ki, klub Almaniya əsilli kamerunlu futbolçunun ad günü münasibətilə uşaqlıq dövrünə aid, üzərində “Qalatasaray” forması olan fotosunu yayımlayıb. Məhz bu detal paylaşımın qısa müddətdə böyük maraq cəlb etməsinə səbəb olub və xüsusilə “Qalatasaray” azarkeşlərinin diqqətini çəkib.
Hazırda “Greuther Fürt”də çıxış edən Noel Futkeu bu mövsüm komandası ilə 14 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun yüksək məhsuldarlığı Almaniya futbol ictimaiyyətində də xüsusi qiymətləndirilir.
