İngiltərənin “Liverpul” klubunda vəziyyət gərgin olaraq qalır və Arne Slotun mümkün istefası fonunda rəhbərliyin müvəqqəti baş məşqçi postu üçün Stiven Cerrardı əsas namizədlərdən biri kimi ciddi şəkildə qiymətləndirdiyi bildirilir.
İdman.Biz xəbər verir ki, bu barədə “Liverpul” üzrə insayder kimi tanınan və Ceymi Karrager tərəfindən də yaxından izlənilən Deyv Okop məlumat yayıb.
Məlumata görə, klub Slotun vəzifədən uzaqlaşdırılması halında mövsümün sonunadək komandanı məhz Cerrarda etibar etməyi real variant kimi masaya qoyub.
Qeyd edək ki, Stiven Cerrard uzun illər “Liverpul”un kapitanı olub və klub tarixinin ən simvolik fiqurlarından biri sayılır. Onun mümkün dönüşü “Enfild” ictimaiyyətində ciddi rezonans doğura bilər.
