“Mançester Yunayted” və “Mançester Siti” “Vest Hem”in yarımmüdafiəçisi uğrunda mübarizə apara bilərlər

Xəbərlər
24 Yanvar 2026 07:12
39
“Mançester Yunayted” və “Mançester Siti” “Vest Hem”in yarımmüdafiəçisi uğrunda mübarizə apara bilərlər

“Mançester Yunayted” və “Mançester Siti” “Vest Hem”in 21 yaşlı mərkəz yarımmüdafiəçisi Mateus Fernandeşi izləyir.

İdman.Biz xəbər verir ki, jurnalist Ekrem Konur “Sports Boom” onlayn portalına bu barədə bildirib.

Mənbəyə görə, portuqaliyalı futbolçunun müqaviləsində “Vest Hem”in İngiltərə Premyer Liqasından düşməsi halında qüvvəyə minəcək erkən xitam bəndi var. “Vest Hem” başa düşür ki, əgər onlar aşağı liqaya düşsələr və bənd qüvvəyə minərsə, danışıqlar mövqeyi zəifləyəcək. Buna görə də London klubu hesab edir ki, yanvar ayında Fernandesi satmaq onun dəyərini qorumağın ən təsirli yoludur.

Bu mövsüm portuqaliyalı bütün yarışlarda 24 oyunda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 32 milyon avrodur.

Premyer Liqanın 22 turundan sonra “Vest Hem” 17 xala malikdir və 18-ci yerdədir.

İdman.Biz