İspaniyanın “Barselona” komandasının müdasfiəçisi Erik Qarsiya uzunmüddətli yeni müqaviləyə imza atıb.
İdman.Biz xəbər verir ki, klub 24 yaşlı Qarsiya ilə anlaşmanı 2031-ci ilə qədər rəsmiləşdirib.
Oyunçunun yeni müqaviləsinin imzalanması ilə bağlı rəsmi mərasim gələn cümə axşamı – dekabrın 11-də klub prezidentinin ofisində keçiriləcək.
Mərasimdən sonra Erik Qarsiyanın mətbuat qarşısına çıxaraq jurnalistlərin suallarını cavablandıracağı da bildirilir.
Qeyd edək ki, Qarsiya “Barselona”nın əsas heyət rotasiyasında müntəzəm yer alan futbolçulardandır və klub rəhbərliyi onunla uzunmüddətli əməkdaşlığı strateji addım kimi dəyərləndirir.
