Musialanın qeyri-adi bərpa üsulu: Nigeriya yeməkləri ilə dönüş planı - FOTO

Xəbərlər
5 Dekabr 2025 14:45
32
Musialanın qeyri-adi bərpa üsulu: Nigeriya yeməkləri ilə dönüş planı - FOTO

Almaniyanın “Bayern” klubunun yarımmüdafiəçisi Camal Musialanın bərpa prosesi qeyri-adi üsulla diqqət çəkir. Gənc futbolçu zədədən sonra formaya qayıdışını Nigeriya mətbəxinin ənənəvi yeməkləri ilə sürətləndirməyə çalışır.

İdman.Biz xəbər verir ki, Klublararası Dünya Çempionatında baldır sümüyünü sındıran Musiala “X” sosial şəbəkəsində ilk zərbə məşqlərindən görüntü paylaşaraq diqqət mərkəzinə düşüb.

Paylaşımda onun qarşısında fufu, düyüdən egusi şorbası, stokfiş, ispanaq və xurma yağı ilə hazırlanmış acılı sousun yer aldığı görünür.

Atası vasitəsilə Nigeriya köklərinə bağlı olan futbolçu üçün bu yeməklər sadəcə qida deyil, eyni zamanda mənsubiyyət, motivasiya və mənəvi dəstək mənbəyidir. O, uşaqlıq illərinin bir hissəsini Afrikada keçirib, daha sonra futbol inkişafını Avropada davam etdirib.

“Bayern” rəhbərliyi və baş məşqçi Kompani futbolçunun bərpasında tələsmir. Tibbi heyət onun yanvar ayından sonra, Bundesliqada “Volfsburq”la oyuna kimi bərpa oluna biləcəyinə ehtimal edir.

Mütəxəssislər əzələ yüklənməsi və topuq sabitliyi üzərində işlədiyi vaxt, Musiala həm də mənəvi gücünü köklərindən alaraq dönüşə hazırlaşır.

İdman.Biz

Məqalədə: