Misli Premyer Liqasının XIV turunda yeddi oyunçu cəza səbəbindən iştirak edə bilməyəcək.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, iki baş məşqçi də cəzaya görə komandasına stadiondan kömək edə bilməyəcək.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov və “Sumqayıt”ın çalışdırıcısı Saşa İliç cari turda texniki zonada əyləşə bilməyəcəklər.
“Karvan-Yevlax”ın oyunçularından Vadim Abdullayev, Eltun Turabov, “Kəpəz”dən Onanuna Olavale, “Zirə”dən İron Qomis, “Araz-Naxçıvan”dan Ba-Muaka Simakala, “Sumqayıt”dan Ronaldo Vaskez, “Qəbələ”dən isə Murad Musayev meydana çıxmayacaq.
Qeyd edək ki, XIV tura dekabrın 6-da start veriləcək.
