“Qarabağ” müdafiə xəttində cəza riski ilə üzləşib

Xəbərlər
5 Dekabr 2025 14:09
44
“Qarabağ” müdafiə xəttində cəza riski ilə üzləşib

“Qarabağ”ın iki futbolçusu UEFA Çempionlar Liqasında cəza təhlükəsi ilə üz-üzə qalıb.

İdman.Biz xəbər verir ki, bunlar müdafiəçilər Mateus Silva və Kevin Medinadır.

Braziliyalı sağ cinah müdafiəçisi Silva əsas mərhələdə Danimarkanın “Kopenhagen” (2:0, II tur) və İngiltərənin “Çelsi” (2:2, IV tur) ilə keçirilən oyunlarda sarı vərəqə alıb.

Kolumbiyalı futbolçu Medina isə “Çelsi”yə qarşı matçda və İtaliyada “Napoli” (0:2, V tur) ilə görüşdə xəbərdarlıqla cəzalandırılıb.

Əsasnaməyə görə, əsas mərhələsində üçüncü sarı vərəqəni alan futbolçu növbəti görüşü avtomatik buraxmalıdır. Bu səbəbdən “Qarabağ”ın Niderland “Ayaks”ı ilə VI tur matçında hər iki oyunçu ehtiyatlı olmalıdır. Əks halda, Almaniyanın “Ayntraxt”ı ilə qarşılaşmada Azərbaycan təmsilçisi əsas heyətdə ciddi itki ilə üzləşə bilər.

Qeyd edək ki, “Qarabağ” “Ayaks”la dekabrın 10-da, “Ayntraxt”la isə 2026-cı il yanvarın 21-də qarşılaşacaq.

İdman.Biz