İngiltərənin “Çelsi” klubu Çempionlar Liqasında Kataloniya təmsilçisi “Barselona”nı beş və daha çox dəfə məğlub edən üçüncü komanda olub.
İdman.Biz xəbər verir ki, Opta statistik platforması bu barədə məlumat yayıb.
Turnir tarixində “Barselona”ya qarşı 10 qələbə “Bavariya”, 6 qələbə isə PSJ qazanıb. “Çelsi” isə kataloniyalıları dəqiq olaraq beşinci dəfə məğlub edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının ümumi mərhələsinin V turunda “Çelsi” ilə “Barselona” arasında dünən keçirilən oyun “mavilər”in 3:0 hesablı qələbəsi ilə nəticələnib. Bu nəticədən sonra “Çelsi” 10 xalla Çempionlar Liqasının ümumi cədvəlinin üst hissəsində qərarlaşıb, “Barselona” isə 7 xalla orta hissədə yer alıb.
