“Yuventus” futbolçuları Norveçə gələn 500 azarkeşə formalarını hədiyyə etdilər - VİDEO

Xəbərlər
26 Noyabr 2025 13:18
19
“Yuventus” futbolçuları Norveçə gələn 500 azarkeşə formalarını hədiyyə etdilər - VİDEO

İtaliyanın “Yuventus” klubunun futbolçuları Norveçdə keçirilən matç üçün ölkəyə gələn təxminən 500 azarkeşə köynəklərini hədiyyə ediblər.

İdman.Biz xəbər verir ki, komandanın bu addımı “Büdö-Qlimt” ilə qarşılaşmadan sonra azarkeşlərinə minnətdarlığın ifadəsi kimi dəyərləndirilib.

Matçdan sonra “Yuventus” futbolçuları tribunalara yaxınlaşaraq formalarını birbaşa onları dəstəkləməyə gəlmiş fanatlara veriblər.

Norveçə gedən azarkeşlərin sayının yüksək olması Turin klubunun sosial şəbəkələrində də xüsusi vurğulanıb və futbolçular jestin məhz bu dəstəyə cavab olaraq edildiyini bildiriblər.

İdman.Biz

Məqalədə: