“Qarabağ” komandasını İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.
Bu barədə İdman.Biz-ə klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, “Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq.
Qeyd edək ki, “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
Yusif Sadıqlı
