Bu həftəsonu və qarşıdakı həftənik ilk günü(24 noyabr) futbol üzrə İngiltərə Premyer Liqasının XII turunun görüşləri keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura əsas intriqanı “Arsenal” ilə “Tottenhem” arasında baş tutacaq Şimali London derbisi yaradacaq. “Arsenal” çempionatın lideri statusunda, liqanın ən yaxşı müdafiə xətti və 14 oyunluq məğlubiyyətsiz seriya ilə matça çıxır. Ötən turda komanda 94-cü dəqiqədə qələbəni əldən versə də, Mikel Arteta futbolçulardan “azarkeşlər qarşısında ev oyununda güclü reaksiya və xarakter” gözlədiyini bildirib.
London təmsilçisi üçün əsas problem mərkəz müdafiəçisi Qabriel Maqalyayşın zədəsi olaraq qalır. Arteta onu “müdafiənin əsas fiqurlarından biri” kimi xarakterizə edib. Bununla belə, baş məşqçi komandanın irəli çıxıb məsuliyyəti öz üzərinə götürəcək futbolçu tapacağına inanır.
“Tottenhem” hazırda beşinci pillədə qərarlaşıb və parlaq qələbələrlə uğursuz nəticələr arasında dəyişkən mövsüm keçirir. Tomas Frank derbi öncəsi yaxşı xəbər alıb: Sarr, Berqvall və Kolo Muani heyətə dönməyə hazırdır. Lakin Meddison, Kulusevski və Bissumanın da daxil olduğu geniş zədə siyahısı ciddi problem olaraq qalır.
Oyundan əvvəl Frank komandasının “döyüşə hazır olduğunu” deyib və “derbilərin turnir cədvəli ilə deyil, emosiyalar və istifadə olunmalı olan anlarla bağlı olduğunu” vurğulayıb. Bununla yanaşı, ağır statistika da xatırladılır: “Tottenhem” APL-də 2010-cu ildən bəri “Emireyts”də qələbə qazana bilmir.
Taktiki baxımdan hər iki məşqçi intensiv oyun hazırlayır: mərkəz zona uğrunda mübarizə, pressinq və standart vəziyyətlər əsas rol oynaya bilər. “Arsenal” liderliyini qorumağa və izləyicilərdən aralanmağa çalışır, “Tottenhem” isə Çempionlar Liqası zonasına məsafəni azaltmağı hədəfləyir. Bütün bunlar qarşıdakı derbini payızın ən gərgin və əhəmiyyətli matçlarından birinə çevirir.
İngiltərə Premyer Liqasının 12-ci turunun bütün oyunları
22 noyabr
“Bernli” - “Çelsi”
“Brayton” - “Brentford”
“Fulhem” - “Sanderlend”
“Bornmut” - “Vest Hem”
“Vulverhempton” - “Kristal Pelas”
“Liverpul” - “Nottingem Forest”
“Nyukasl” - “Mançester Siti”
23 noyabr
“Lids” - “Aston Villa”
“Arsenal” - “Tottenhem”
24 noyabr
“Mançester Yunayted” - “Everton”
12-ci tur öncəsi turnir cədvəli
“Arsenal” – 26
“Mançester Siti” – 22
“Çelsi” – 20
“Sanderlend” – 19
“Tottenhem” – 18
“Aston Villa” – 18
“Mançester Yunayted” – 18
“Liverpul” – 18
“Bornmut” – 18
“Kristal Pelas” – 17
“Brayton” – 16
“Brentford” – 16
“Everton” – 15
“Nyukasl” – 12
“Fulhem” – 11
“Lids” – 11
“Bernli” – 10
“Vest Hem” – 10
“Nottingem Forest” – 9
“Vulverhempton” – 2
Teymur Tuşiyev
