Türkiyə Futbol Federasiyasından qərar: 67 hakimin karyerası başa çatdı

Xəbərlər
22 Noyabr 2025 13:00
34
Türkiyə Futbol Federasiyasından qərar: 67 hakimin karyerası başa çatdı

Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Şurası 67 hakimlə bağlı qərar verib.

İdman.Biz "Türkiye gazetesi"nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasından məlumat verilib.

Məlumata görə, TFF Arbitraj Şurası mərc oyunlarında iştirak etdiklərinə görə hüquqlardan məhrumetmə cəzası alan 67 hakimin apellyasiya şikayətini rədd edib.

TFF-nin bildirdiyinə görə, ümumilikdə 149 hakimə səkkiz aydan 12 aya qədər cəza verilmiş, onlardan 67-si qərardan apellyasiya şikayəti vermişdi.

Arbitraj Şurası keçirdiyi toplantıda apellyasiya şikayətlərini qiymətləndirib və verilmiş qərarları təsdiqləyib.

Peşəkar Futbol İntizam Şurasından cəza alan 82 hakim isə barələrində çıxarılan qərarlara etiraz etməyib. Beləliklə, cəzaları qətiləşmiş 149 hakimin karyerası başa çatıb.

Digər tərəfdən, Peşəkar Futbol İntizam Şurasına göndərilən hakimlər Zorbay Küçük, Melih Kurt və Mertcan Tubayın sənədlərinin qurum tərəfindən araşdırılması davam edir.

İdman.Biz

Məqalədə: