“Liverpul”un baş məşqçisi Arne Slot Endi Robertsonun hücumçu Dioqo Jota barədə açıqlaması və qapıçı Alisson Bekkerin durumu barədə danışıb.
İdman.Biz xəbər verir ki, Slot əvvəlcə Jotanın ölümü barədə yayılan fikirlərə münasibət bildirib və məsələnin komanda daxilində müəyyən emosional yük yaratdığını vurğulayıb.
“Robertsonun müsahibəsini gördüm, bəli… Bu, bəziləri üçün adi məsələ ola bilər, tamamilə normaldır, amma bu vəziyyət onun həyat yoldaşı və uşaqları üçün daha çətindir. Biz həm futbolçunu, həm də bir insanı itirmişik”, - deyə Slot bildirib.
Baş məşqçi daha sonra komandanın əsas qapıçısı Alissonun vəziyyətinə toxunaraq əlavə edib ki, qapıçı komanda ilə məşq edib və hər şey plana uyğun gedərsə, bu həftəsonu oynamağa hazır olacaq.
Qeyd edək ki, Endi Robertson “Guardian”a müsahibəsində 1998-dən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanan Şotlandiyanın Danimarka üzərində qələbəsindən əvvəl “tam sarsılmış vəziyyətdə” olduğunu söyləyib. Çünki milli komandanın kapitanı kimi “Liverpul”dakı mərhum komanda yoldaşı Dioqo Jotanı düşünərkən duyğularına hakim ola bilməyib.
