"Liverpul"un və Portuqaliya millisinin futbolçusu həlak olub - FOTO/VİDEO

Xəbərlər
3 İyul 2025 12:15
185
"Liverpul"un və Portuqaliya millisinin futbolçusu həlak olub - FOTO/VİDEO

"Liverpul"un və Portuqaliya millisinin 28 yaşlı futbolçusu Dioqo Jota avtoqəzada həlak olub.

İdman.biz xəbər verir ki, hadisə İspaniyanın qərbindəki Zamora əyalətində baş verib.

Yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq aşıb və sonra yanıb. Maşında Jota ilə birlikdə Portuqaliyanın "Penafiel" klubunda oynayan 25 yaşlı qardaşı Andre Silva da olub, hadisə nəticəsində hər ikisi ölüb.

Jota iyunun 22-də üç uşağının anası Rute Kardoso ilə rəsmi nikaha girmişdi. Onun 5, 4 və 1 yaşlarında övladları qalıb.

İdman.biz