Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçu meydandan çıxmadı - VİDEO

Xəbərlər
21 Noyabr 2025 15:13
48
Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçu meydandan çıxmadı - VİDEO

Azərbaycan Premyer Liqasının XII turunda baş tutan “Karvan-Yevlax” - “Kəpəz” matçında maraqlı hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, insident Yevlax şəhər stadionunda keçirilən oyunun 26-cı dəqiqəsində baş verib.

Meydan sahiblərinin baş məşqçisi Azər Həşimov Vüsal Məsimovu Əli Abdullayevlə əvəzləmək istəsə də, futbolçu meydanı tərk etməyib.

Komanda yoldaşları Məsimovu razı salmağa çalışsalar da, o, qəti şəkildə əvəzlənməkdən imtina edib.

Baş hakim Rauf Cabarov əvəzlənmə baş tutmadığı üçün oyunu davam etdirib.

Qeyd edək ki, “Karvan-Yevlax” - “Kəpəz” qarşılaşması qonaq komandanın qələbəsi ilə nəticələnib - 1:2.

İdman.Biz