Sadio Mane doğma kəndini yenidən qurur: Sakinlərə hər ay maaş verilir

Xəbərlər
21 Noyabr 2025 10:39
169
Sadio Mane doğma kəndini yenidən qurur: Sakinlərə hər ay maaş verilir

Seneqallı futbolçu Sadio Maneni doğulduğu kənddə xeyriyyəçilik işlərinə başlayıb.

İdman.Biz xəbər verir ki, S.Mane bu barədə “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinanda müsahibəsində bildirib.

Onun sözlərinə görə, doğulduğu Bambali kəndini tam şəkildə yenidən inşa etdirir və geniş sosial layihələr həyata keçirir.

Mane əlavə edib ki, kənddə xəstəxana, məktəb, poçt bölməsi, yanacaqdoldurma məntəqəsi, stadion və 4G rabitə şəbəkəsi kimi infrastruktur obyektlərinin tikintisini şəxsi vəsaiti ilə maliyyələşdirir.

Bundan əlavə, Bambali sakinlərinin sosial rifahını yaxşılaşdırmaq məqsədilə hər bir kənd sakininə aylıq 70 avro(137 manat - red.) yardım olunur.

Futbolçu bundan əvvəl də dəfələrlə bildirib ki, qazandığı uğurun əsas məqsədi doğma yurduna və ehtiyacı olan insanlara dəstək olmaqdır. Onun bu addımları həm Seneqalda, həm də beynəlxalq idman ictimaiyyətində böyük rəğbətlə qarşılanır.

Qeyd edək ki, Sadio Mane hazırda Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir.

İdman.Biz
Məqalədə: