“Fənərbaxça”nın yeni transferi Kerem Aktürkoğlu bu dəfə performansı ilə deyil, qol sevincində istifadə etdiyi “Harry Potter” temalı vizuallarla gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, dünyaca məşhur “Warner Bros Entertainment” şirkəti futbolçunun “Harry Potter” personajına aid vizual və audial elementləri icazəsiz istifadə etdiyini iddia edərək Türkiyədə Patent və Sənaye Hüquqları Məhkəməsinə müraciət ünvanlayıb.
Şirkətin məhkəməyə təqdim etdiyi ərizədə “Harry Potter”, “Hogwarts” və “Gryffindor” kimi markaların Türkiyədə hüquqi şəkildə sahibliyinin təsdiqləndiyi və dünyada güclü ticarət dəyərinə malik olduğu vurğulanıb.

Məqaləyə görə, Aktürkoğlunun sosial media hesablarında paylaşılan qol sevinci videoları, tematik animasiyalar, görüntülər və yazılar sübut kimi həmin sənədlər arasındadır.
