Azərbaycanəsilli futbolçu Ülvi Babayev Rusiyada mükafat ala bilər.
İdman.Biz xəbər verir ki, “Dinamo Moskva”nın hücumçusu “Viktor Qorlov Uşaq Futbol Liqası”nın təsis etdiyi “İlk Beşlik” mükafatının namizədləri arasında yer alıb.
İlin ən yaxşı gənc futbolçusu mükafatı uğrunda Rusiya Premyer Liqasında mövsümün oyunlarının 50%-da iştirak etmiş 21 yaşadək futbolçular mübarizə aparır.
Ümumilikdə “ən yaxşı” adına 16 futbolçu iddia edir.
Qeyd edək ki, Ülvi Babayev bir müddət öncə Rusiya yığma komandasında çıxış etmək istədiyini açıqlamışdı.

