Deputat Müşfiq Cəfərov AFFA-ya müraciət ünvanlayıb.
İdman.Biz xəbər verir ki, deputat bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib:
“Kəpəz” FK-nı Premyer Liqa komandaları içərisində sonuncu yerdə görmək şəxsən mənim üçün və gəncəli azarkeşlər üçün ürək ağrısıdır. Bu tribunadan AFFA rəhbərliyinə səslənirəm, komandanın hazırki başında duran adamlar sponsor adı ilə komandaya sahib çıxdılar, nəticədə isə hansısa bir sponsorluqdan söhbət belə getmədi və bu da ilkin nəticələr. Beynəlxalq standartlara cavab verən stadion var, FIFA və UEFA-nın dəstəyi ilə inşa edilmiş akademiya ən yüksək standartlara cavab verir, heç Bakı şəhərində belə bir akademiya mövcud deyil. Üç ədəd məşq üçün stadion və komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. İnanıram ki, mənim bu çağırışıma AFFA biganə qalmayacaq və mövcud imkanları dəyərləndirəcək”.
