Ayvan Toni Premyer Liqaya qayıtmaq üçün maaşından imtina etməyə hazırdır

Xəbərlər
20 Noyabr 2025 17:23
25
Ayvan Toni Premyer Liqaya qayıtmaq üçün maaşından imtina etməyə hazırdır

“Əl-Əhli”nin hücumçusu Ayvan Toni Premyer Liqaya dönüşə can atır.

İdman.Biz xəbər verir ki, 29 yaşlı forvard yanvar ayında İngiltərəyə qayıtmaq üçün böyük maaş azaldılmasını qəbul etməyə hazırdır. Onunla xüsusilə “Tottenhem” və “Everton” maraqlanır.

Toni Tomas Tuxelin rəhbərliyi altında DÇ-2026-ya gedəcək İngiltərə yığmasının heyətinə düşmək üçün Avropa səhnəsinə qayıtmağı zəruri hesab edir.

Hazırda o, Səudiyyə Ərəbistanında vergisiz şəkildə həftəlik təxminən 400 min funt-sterlinq maaş alır (təxminən 848 min AZN).

Toni İngiltərə yığmasına yenidən düşmək, həmçinin yüksək rəqabətli mühitdə oynamaq üçün Premyer Liqaya dönüşü prioritet sayır.

İdman.Biz

Məqalədə: