Goranboy-Naftalan üzrə “Məktəbli Kuboku” turnirinə start verilib - FOTO

Xəbərlər
19 Noyabr 2025 17:58
23
Goranboy-Naftalan üzrə “Məktəbli Kuboku” turnirinə start verilib - FOTO

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin birgə əməkdaşlığı çərçivəsində Goranboy-Naftalan üzrə “Məktəbli Kuboku” turnirinə start verilib.

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, açılış mərasiminin ardından ilk oyunlar keçirilib.

Yarışda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 55 məktəbin şagirdləri qüvvələrini sınayacaqlar. Daxili birincilik başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.

Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.

İdman.Biz