“Şamaxı”nın futbolçusu legioner həyatı yaşaya bilər

Xəbərlər
19 Noyabr 2025 17:03
33
“Şamaxı”nın futbolçusu legioner həyatı yaşaya bilər

“Şamaxı”nın futbolçusu Edqar Ədilxanov legioner həyatı yaşaya bilər.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, bir neçə ölkədən ona təklif gəlib. Xüsusilə Kipr klubları U-21 millimizin üzvünə maraq göstərir.

Əcnəbi menecerlərdən biri futbolçu ilə müqavilə bağlamaq niyyətindədir. Yarımmüdafiəçi razılaşarsa, həmin şəxs onu qış “transfer pəncərəsi”ndə Avropaya aparacaq.

İdman.Biz