Orelyen Çuameni Xabi Alonsonun videokonfrans vasitəsi ilə verdiyi məsləhətləri açıqladı

Xəbərlər
18 Noyabr 2025 17:12
21
Orelyen Çuameni Xabi Alonsonun videokonfrans vasitəsi ilə verdiyi məsləhətləri açıqladı

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Çuameni Xabi Alonsonun komandanın başına keçdiyi ilk günlərdə ona göstərdiyi fərdi yanaşmadan danışıb.

İdman.Biz xəbər verir ki, Çuameni açıqlamasında ilk videokonfrans zamanı Alonso tərəfindən xüsusi oyun parçalarının təqdim olunduğunu bildirib.

Futbolçunun sözlərinə görə, məşqçi ona nəyə diqqət etməli olduğunu, hansı elementləri yaxşılaşdırmalı olduğunu və meydanda mövqeləşmənin incəliklərini izah edib.

Çuameni deyib ki, topla və topsuz oyunda bəzi detallarda nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə edib.

“Real Madrid”in yarımmüdafiəçisi son aylarda komandanın oyun sistemində daha sabit rol alıb və Xabi Alonsonun taktiki tələblərinə daha uyğun çıxış etməsi diqqət çəkib.

Hazırda fransalı futbolçu həm fiziki, həm də taktiki baxımdan yüksələn xətlə inkişaf edir.

İdman.Biz

Məqalədə: