Peşəkar Futbol Liqasının nümayəndəsi UEFA tərəfindən təyin edilib

Xəbərlər
17 Noyabr 2025 17:30
31
Peşəkar Futbol Liqasının nümayəndəsi UEFA tərəfindən təyin edilib

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

İdman.Biz qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Ayntraxt” (Frankfurt, Almaniya) - “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.

İdman.Biz