Azərbaycan – Fransa oyunundan sonra Rəhman Daşdəmirovun İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

16 Noyabr 2025 23:37
187
Azərbaycan – Fransa oyunundan sonra Rəhman Daşdəmirovun İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

Azərbaycan – Fransa oyunu başa çatdıqdan sonra millimizin müdafiəçisi Rəhman Daşdəmirov İdman.Biz-ə açıqlama verib.

“Çox güclü rəqib idi, bu hamıya məlumdur. Komanda şəklində yaxşı mübarizə apardıq, inamlı oynadıq. Gözləmirdim qol üçün asist edəcəyimə. Hər zaman yadımda qalacaq an oldu”, - deyə Daşdəmirov bildirib.

"Şahruddinin səhvi komandanın motivasiyasına təsir etdimi" sulına isə yarımmüdafiəçi belə cavab verib:

“Belə oyunlarda səhv qaçılmazdır. Mən də edə bilərəm, başqa bir futbolçu da edə bilər. Səhv deməzdim, adi oyun epizodu deyərdim”.

İdman.Biz
Məqalədə: