Şahruddin Məhəmmədəliyev Fransa ilə oyunda zədələndi

Xəbərlər
16 Noyabr 2025 23:05
41
Şahruddin Məhəmmədəliyev Fransa ilə oyunda zədələndi

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa ilə keçirilən DÇ-2026 seçmə oyunu zamanı xəsarət alıb.

İdman.Biz xəbər verir ki, matça start heyətdə çıxan qolkiper fasilədən sonra meydana qayıda bilməyib və onu Aydın Bayramov əvəzləyib.

Qarşılaşma zamanı əsas müdaxilələrdən birində zədə alan Şahruddinin durumunun oyundan sonra dəqiqləşdiriləcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan millisi Fransa yığmasına 1:3 hesabı ilə məğlub olub.

İdman.Biz