DÇ-2026: Azərbaycan - Fransa oyununda ikinci hissə başlayıb - CANLI

Xəbərlər
16 Noyabr 2025 10:05
101
DÇ-2026: Azərbaycan - Fransa oyununda ikinci hissə başlayıb - CANLI

İdman.Biz xəbər verir ki, Azərbaycan - Fransa oyununda ikinci hissə başlayıb.

Yığmamızını heyətində iki dəyişiklik edilib. Qapıçı Şahruddin Məhəmmədəliyev birinci hissənin sonlarında zədələndiyi üçün Aydın Bayramovla əvəzlənib. Həmçinin Ceyhun Nuriyevi Nəriman Axundzadə əvəz edib.

21:50

İdman.Biz xəbər verir ki, Azərbaycan-Fransa qarşılaşmasında birinci hissə başa çatdı. İlk hissədən sonra hesab 1:3-dür.

21:47

Fransızlar birinci hissəyə artırılmış əlavə vaxtın birinci dəqiqəsində Turamın qolu ilə hesab arasındakı fərqi artırdılar: 1:3.

21:42

İdman.Biz xəbər verir ki, fransızlar hesab arasındakı fərqi artırsalar da VAR yenə qolu ləğv etdi.

21.30

Fransızlar Akluioçenin qolu ilə hesabda irəli çıxırlar: 1:2.

21:26

İdman.Biz xəbər verir ki, oyunun 24-cü dəqiqəsində Fransa millisi hesabda irəli keçsə də, VAR qolu ləğv etdi.

21:18

Fransa millisi 17-ci dəqiqədə Matetanın qolu ilə Azərbaycanla oyunda hesabı bərabərləşdirdi: 1:1.

21:05

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi fransızların qapısına yol tapır. Oyunun 4-cü dəqiqəsində Renat Dadaşov hesabı açıb: 1:0.

20:55

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda üz-üzə gələn Azərbaycan və Fransa millilərinin oyunu başladı.

20:26

DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri bəlli olub.

İdman.Biz xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov (k), Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev.

Fransa: Luka Şevalye, Malo Qyusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Manes Akliuş, İbrahima Konate (k), Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes.

İdman.Biz

Məqalədə: