Arina Sabalenka Mayamidə keçirilən “WTA 1000” turnirinin qalibi olub

29 Mart 2026 01:35
113
Arina Sabalenka Mayamidə keçirilən “WTA 1000” turnirinin qalibi olub

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın 1 nömrəli tennisçisi, belaruslu Arшna Sabalenka ABŞ-ın Mayami şəhərində keçirilən WTA-1000 turnirinin qalibi olub.

İdman.Biz bildirir ki, finalda o, ikiqat “Böyük Dəbilqə” çempionu, amerikalı Kori Qauffu 6:2, 4:6, 6:3 hesabları ilə məğlub edib.

Matç 2 saat 9 dəqiqə davam edib.

Sabalenka üçün Mayami titulu karyerasında 24-cü, bu mövsüm isə üçüncü titulu olub. O, daha əvvəl Brisben və İndian Uellsdə titullar qazanıb.

İdman.Biz