DÇ-2026: Portuqaliya millisi Ermənistana darmadağınla qələbə çaldı, İrlandiya yığması pley-off oynayacaq - VİDEO

Xəbərlər
16 Noyabr 2025 20:21
109
DÇ-2026: Portuqaliya millisi Ermənistana darmadağınla qələbə çaldı, İrlandiya yığması pley-off oynayacaq - VİDEO

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün ilk qarşılaşmada Macarıstan millisi İrlandiyanı, Portuqaliya isə Ermənistanı qəbul edib.
İdman.Biz xəbər verir ki, Portuqaliya millisi oyunda hesabı açmaq üçün çox da əziyyət çəkməyib. Oyunun 7-ci dəqiqəsində hesabı Veiqa açıb.
Ermənistanın bərabərlik qolu 18-ci dəqiqədə Spertsyandan gəlib. Amma Portuqaliya millisi onları hesabı bərabərləşdirməyə peşman ediblər. Baxmayaraq ki, baş məşqçi Roberto Martines oyun öncəsi açıqlamasında rəqibə hörmət etdiklərini demişdi.
28-ci dəqiqədə Ramos hesab arasındakı fərqi artıb – 2:1. Ardınca isə qollar gəlib. Portuqalların heyətində Bruno Neves və Fernandes het-trik ediblər. Neves 30, 41 və 81-ci, Fernandes isə 45+3, 52 və 70-ci dəqiqədə fərqlənib. Oyunda yekun nöqtəni Konsesau qoyub: 9:1.
Bu hesabla Portuqaliya millisi seçmə mərhələni 1-ci pillədə tamamlayaraq Dünya çempionatına vəsiqə qazandı.

Macarıstan - İrlandiyaya oyununda isə qapılara 5 qol vurulub. Oyun 2:3 hesabı ilə başa çatıb.

Oyunun 3-cü dəqiqəsində hesabı Macarıstanın heyətindən Lucas açıb. İrlandların bərabərlik qolunu 15-ci dəqiqədə Parrot vurub. Birinci hissənini sonuna yaxın - 37-ci dəqiqədə Macarıstan Varqanın qolu ilə yenidən irəli keçib. 81-ci dəqiqədə İrlandiya millisi Troy Parrotun qolu ilə hesabı bərabərləşdirib. Oyunun yekun hesabını isə Parrotun het-triki müəyyənləşdirib.

İrlandiya yığması 90+6-cı dəqiqədə vurulan qolla DÇ-2026 pley-off mərhələsinə yüksəldi.

İdman.Biz