Ötən gecə keçirilən İrlandiyaya qarşı oyunda(2:0) qırmızı vərəqə alan Kriştianu Ronaldu Portuqaliya mətbuatının tənqidinə tuş gəlib.
İdman.Biz xəbər verir ki, Portuqaliyanın məşhur “A Bola” nəşri futbolçunun davranışlarını kəskin şəkildə pisləyərək “Ronaldu utanmalıdır” başlıqlı məqalə dərc edib.
Nəşr Ronaldunun matç zamanı “utancverici” hərəkətlərə yol veridiyini qeyd edib.
Redaksiya onun qarşılaşmadan əvvəl rəqibləri və azarkeşləri bilərəkdən təxribata çəkməyə çalışdığını, meydandan qovulduqdan sonra isə istehza dolu jestlər etdiyini yazıb.
“A Bola” həmçinin iddia edir ki, Ronaldu hələ seçmə mərhələnin bütün oyunları tam başa çatmamış milli komandanın düşərgəsini tərk edib.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya səfərdə İrlandiya ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Oyunun 59-cu dəqiqəsində Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldu qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.
