DÇ-2026-nın seçmə mərhələsində bu gün İslandiya yığması ilə üz-üzə gələcək Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçda bir oyunçuya ehtiyac görməyib.
Mütəxəssis bugünkü qarşılaşmada “Araz-Naxçıvan”dan Mustafa Əhmədzadəyə şans verməyəcək.
Milliyə daha əvvəl 26 futbolçu cəlb edilib. Onlardan Şahruddin Məhəmmədəliyev cəzalı olduğu üçün bu gün meydana çıxmayacaq. Elvin Cəfərquliyev isə səhhətindəki problem səbəbindən düşərgədən ayrılıb.
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - İslandiya oyunu saat 21:00-da başlayacaq.
