Yığmamızın altı oyunçusu sarı vərəqə limitindədir

Xəbərlər
13 Noyabr 2025 10:33
42
Yığmamızın altı oyunçusu sarı vərəqə limitindədir

Azərbaycan millisinin bir neçə üzvü DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunu buraxmaq təhlükəsi ilə üzləşib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, yığmanın altı futbolçusu sözügedən matçda meydana çıxmaya bilər.

Toral Bayramov, Renat Dadaşov, Rəhman Daşdəmirov, Abbas Hüseynov, Emin Mahmudov və Rüstəm Əhmədzadə sarı vərəqə limitindədirlər. Onlar bu gün İslandiya ilə qarşılaşmada sarı vərəqə alsalar, Fransa ilə növbəti görüşdə meydana çıxmayacaqlar.

Qeyd edək ki, Azərbaycan - İslandiya oyunu bu gün saat 21:00-da start götürəcək. Milli Fransa seçməsini noyabrın 16-da qəbul edəcək.

İdman.Biz