Futbol üzrə Azərbaycan millisi bu həftə Bakıda iki vacib sınağa çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiyanı, ayın 16-da isə Fransanı qəbul edəcək.
Millinin sabiq müdafiəçisi Elşad Əhmədov İslandiya ilə matçdan gözləntilərini fanat.az-a açıqlayıb.
Millinin sabiq müdafiəçisi vurğulayıb ki, “Rəqib meydanında İslandiyaya 0:5 hesabı ilə uduzmuşuq. O məğlubiyyətin özü də uşaqlar üçün bir motivasiyadır. Məntiqlə, uşaqlarda həmin yenilgidən irəli gələn aqressiya yaranmalıdır. İnanıram ki, belə də olacaq. Baş məşqçi Ayxan Abbasovun futbolçuları bu qarşılaşmaya lazımınca hazırlayacağına əminəm. Təbii ki, rəqibin heyətində Avropanın sayılıb-seçilən liqalarında çıxış edən futbolçular cəmləşib. Fiziki planda üstün komandadır. İslandiya sürətli keçidlər etməyi bacaran rəqibdir. Amma istək sayəsində rəqibin bütün üstünlüklərini neytrallaşdırmaq olar. Ən azı bir xal qazana biləcəyimizi düşünürəm. Evdə mübarizə aparacağıq. İnanmalı və sonadək oynamalıyıq”.
