“Şirvan”ın baş məşqçisi: “Komandam rəqib kimi futbol oynadı”

Xəbərlər
12 Noyabr 2025 16:56
29
“Şirvan”ın baş məşqçisi: “Komandam rəqib kimi futbol oynadı”

Azərbaycan Peşəkar Futbol Liqasının təşkil etdiyi İkinci Liqada çıxış edən “Şirvan” ardıcıl ikinci turda xal itirib.

Ötən turda səfərdə “Quba” ilə 1:1 bərabərə qalan bölgə təmsilçisi dünən evdə “Ağstafa Gəncləri”nə uduzub (1:2).

”Şirvan”ın baş məşqçisi Pərviz Bayramov məğlub olduqları görüşlə bağlı fikirlərini bölüşüb:

“Komandam öz oyununu heç cür tapa bilmədi. Uşaqlar axara qoşuldular və rəqib necə futbol oynayırsa, bunlar da elə oynadı. Yəni meydana öz ağırlıqlarını qoya bilmədilər və sonda belə nəticə alındı. Çox təssüflənirik, ancaq futbolda belə oyunlar olur və olmalıdı ki, biz böyüyək. Hər situasiyadan dərs çıxarmaq lazımdır”, - deyə fanat.az-a açıqlamasında deyib.

Ardıcıl xal itkilərindən sonra “Şirvan” beşinci pilləyə geriləyib. Hazırda hesabında 16 xal olan komanda liderdən 5 xal geri qalır. Bayramovun komandası 9-cu tur çərçivəsində “Şəki Siti” ilə qarşılaşacaq. Görüş 17 noyabrda “Rekord Arena”da baş tutacaq.

İdman.Biz