Könül Mehdiyevaya UEFA-dan NÖVBƏTİ TƏYİNAT

Xəbərlər
12 Noyabr 2025 14:48
41
Könül Mehdiyevaya UEFA-dan NÖVBƏTİ TƏYİNAT

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində E qrupunun noyabrın 15-də keçiriləcək Gürcüstan - İspaniya oyununun FIFA komissarı olacaq.

Qeyd edək ki, E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.

Xatırladaq ki, o, daha əvvəl Çempionlar Liqasının əsas mərhələsinin I turu çərçivəsində keçirilən “Bavariya” - “Çelsi” qarşılaşmasına təyinat almışdı.

İdman.Biz