David Vilya: “Messi… amma Ronaldonu kiçiltmək düzgün deyil”

Xəbərlər
12 Noyabr 2025 20:58
20
David Vilya: “Messi… amma Ronaldonu kiçiltmək düzgün deyil”

Keçmiş futbolçu David Vilya "Kriştianu Ronaldu, yoxsa Leo Messi" sualına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı hücumçu "Messi" cavabını versə də, bu seçimlə Ronaldunu kiçiltməyin doğru olmadığını vurğulayıb.

“Kriştianu Ronaldu, yoxsa Leo Messi? Messi... Amma kimsə Messini seçəndə Ronaldunu avtomatik olaraq aşağı səviyyəyə qoyursa, bu, aqressiv və yanlış fikirdir. O, futbol tarixinin ən yaxşı oyunçularından biridir”, - Vilya bildirib.

Qeyd edək ki, David Vilya karyerası ərzində "Barselona", "Valensiya" və "Atletiko Madrid" kimi klublarda çıxış edib, həmçinin İspaniya millisinin heyətində dünya və Avropa çempionu olub.

İdman.Biz