Premyer Liqa klubunda dəyişiklik: Qədir Həsənov “İmişli”yə keçə bilər

Xəbərlər
11 Noyabr 2025 17:41
33
Premyer Liqa klubunda dəyişiklik: Qədir Həsənov “İmişli”yə keçə bilər

Premyer Liqa klubunda yaxın günlərdə yeni təyinat gerçəkləşəcək.

İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, söhbət “İmişli” komandasından gedir.

Bölgə təmsilçisi bir dönəm “Neftçi”də çalışmış Qədir Həsənova klubda vəzifə verəcək. “İmişli”nin prezidenti Kamran Eyyubov Həsənovla birgə çalışmaq istəyir.

Tərəflərin artıq razılığa gəlməyə yaxın olduğu bildirilir.

Xatırladaq ki, Q.Həsənov “Neftçi”də müxtəlif vəzifələrdə çalışıb. O, son olaraq klubda baş menecer kimi fəaliyyət göstərib. Futbol funksionerinin “İmişli”də də bu vəzifədə çalışacağı bildirilir.

İdman.Biz