Flik "Barsa" azarkeşlərini sevindirəcək xəbəri verdi

Xəbərlər
10 Noyabr 2025 07:33
25
Flik "Barsa" azarkeşlərini sevindirəcək xəbəri verdi

"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın zədəli futbolçularının durumu barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bəzi oyunçuların sıraya dönməsi gözlənildiyini söyləyib.

“Düşünürəm ki, Rafinya və Qarsiya növbəti oyunda heyətə qayıdacaqlar. Bəlkə Pedri də. Buna görə gözləyəcəyik və vəziyyəti izləyəcəyik”, -deyə Flik bildirib.

Flik yaxın günlərdə yekun qərarın veriləcəyini vurğulayıb.

İdman.Biz

Məqalədə: