Britaniyalı məşhur müğənni Dua Lipa “River Pleyt” - “Boka Xuniors” derbisi olan "Superklasiko"nu izləmək üçün Argentinaya gedib.
İdman.Biz xəbər verir ki, oyundan əvvəl “River Pleyt” klubunun nümayəndələri ona komandanın formasını hədiyyə ediblər. Lakin görüş “Boka”nın stadionunda keçirildiyi üçün müğənni həmin formanı arenada geyinməyə cəsarət etməyib. O, bunun əvəzinə Argentina millisinin formasında tribunada yer alıb.

Bu jest sosial şəbəkələrdə böyük maraq doğurub və azarkeşlərin maraqlı şərhlərinə səbəb olub.

Müğənninin seçimi həm neytrallıq, həm də təhlükəsizlik kimi dəyərləndirilib.
