Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
İngiltərə Premyer Liqası: “Mançester Siti” və "Aston Villa" inamlı qələbə qazandılar - VİDEO - İdman və Biz

İngiltərə Premyer Liqası: “Mançester Siti” və "Aston Villa" inamlı qələbə qazandılar - VİDEO

Xəbərlər
9 Noyabr 2025 22:49
42
İngiltərə Premyer Liqası: “Mançester Siti” və "Aston Villa" inamlı qələbə qazandılar - VİDEO

İngiltərə Premyer Liqasının XI turunda “Mançester Siti” öz meydanında “Liverpul”u qəbul edib.

İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 13-cü dəqiqəsində “Liverpul”un qapısına penalti təyin olunub, lakin qapıçı Georgi Mamardaşvili Erlinq Holandın zərbəsini qaytara bilib. Buna baxmayaraq, Holand 29-cu dəqiqədə hesabı açaraq “Mançester Siti”ni önə keçirib.

İlk hissənin əlavə dəqiqələrində, 45+3-cü dəqiqədə, Niko Qonsales fərqi iki topa yüksəldib. 63-cü dəqiqədə isə Jeremi Doku üçüncü qolu vuraraq matçda yekun nəticəni müəyyənləşdirib.

“Mançester Siti” üç xalı aktivinə yazdıraraq turnir cədvəlində mövqeyini möhkəmləndirib.

21:53

İngiltərə Premyer Liqasının XI turunda bu gün daha dörd qarşılaşma keçirilib.

İdman.Biz xəbər verir ki, günün ən diqqətçəkən nəticələrindən biri Birminqemdə qeydə alınıb.

“Aston Villa” öz meydanında “Bornmut”u 4:0 hesabı ilə məğlub edib. Qolları Emiliano Buendia, Amadu Onana, Ross Barkli və Doniell Malen vurublar. Bu qələbədən sonra “Aston Villa” 18 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Eyni xala malik “Bornmut” isə 9-cu yerdədir.

Londonda keçirilən digər görüşdə “Kristal Palas” və “Brayton” qolsuz heç-heçə oynayıblar. Komandalar müvafiq olaraq turnir cədvəlində 10-cu və 11-ci yerlərdə yer alırlar.

“Nottinqem Forest” isə öz meydanında “Lids”i 3:1 hesabı ilə məğlub edib.

Digər oyunda “Brentford” say üstünlüyündən istifadə edərək “Nyukasl”ı 3:1 hesabı ilə üstələyib.

İdman.Biz