Okan Buruk “Qarabağ”ın uğuru barədə danışıb

Xəbərlər
9 Noyabr 2025 18:25
33
Okan Buruk “Qarabağ”ın uğuru barədə danışıb

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, o, komandanın nəticələrində Qurban Qurbanovun rolunun həlledici olduğunu vurğulayıb.

Buruk müsahibəsində deyib ki, “Qarabağ”a qarşı oynamaq çox çətindir və komanda uzun illərdir sabit strukturunu qoruyur. O, həmçinin iki il əvvəl Bakıda keçirilmiş yoldaşlıq görüşünü xatırladıb və həmin matçın da bunu sübut etdiyini bildirib:

“Qarabağ illərdir eyni fəlsəfə ilə oynayır. Qurban Qurbanovun komanda üzərində təsiri çox böyükdür. Onlara qarşı oynamaq həm fiziki, həm də taktiki baxımdan həmişə çətindir.”

İdman.Biz

Məqalədə: