“Barselona”nın növbəti mövsüm üçün əsas transfer hədəfi sol cinah hücumçusu almaqdır.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Alfredo Martines məlumat yayıb.
Mümkün variantlar arasında “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun birdəfəlik transferi müzakirə olunur. Bununla yanaşı, klub mövqeni gücləndirmək üçün gənc istedadların adlarını da gündəmdə saxlayır.
Onlardan biri “Lion” klubunda çıxış edən 20 yaşlı sol cinah oyunçusu Malik Fofanadır. Məlumata görə, tərəflər arasında artıq ilkin danışıqlar aparılıb.
