İtaliya A Seriyası: “İnter” rəqiblərin xal itkisindən istifadə edərək liderliyə yüksəldi - VİDEO

Xəbərlər
9 Noyabr 2025 01:53
163
İtaliya A Seriyası: “İnter” rəqiblərin xal itkisindən istifadə edərək liderliyə yüksəldi - VİDEO

İtaliya A Seriyasının XI turun oyunları çərçivəsində bu gün bir neçə oyun keçirilib.

İdman.Biz xəbər verir ki, “Bolonya” öz meydanında “Napoli”ni qəbul edib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı ikinci hissənin 50-ci dəqiqəsində Tays Dallinqa açıb. 66-cı dəqiqədə isə Con Lukumi fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.

Bu məğlubiyyətdən sonra “Napoli” 22 xalla turnir cədvəlində 4-cü pilləyə düşüb. “Bolonya” isə xalını 21-ə yüksəldərək 5-ci yerdə qərarlaşıb.

XI turun oyunları çərçivəsində digər oyun isə “Cenoa” və “Fiorentina” arasında keçirilib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qolları “Cenoa”dan Leo Estigor və Lorenso Kolombo, “Fiorentina”dan isə Albert Qyudmundsson və Roberto Pikkoli vurublar.

Nəticəyə görə, “Cenoa” 7 xalla 18-ci, “Fiorentina” isə 5 xalla 20-ci pillədə qərarlaşıb.

"Roma" isə doğma meydanda "Udineze" ilə qarşılaşıb və 2:0 hesablı qələbə əldə edib.

Matçın 42-ci dəqiqəsində yarımmüdafiəçi Lorenço Pelleqrini penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 61-ci dəqiqədə isə cinah müdafiəçisi Zeki Çelik fərqi artırıb.

Bu qələbə ilə hazırda paytaxt klubu 11 oyundan sonra 24 xal toplayıb və turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

"Udineze" isə 15 xalla turnir cədvəlinin 10-cu pilləsindədir.

Turun sonuncu qarşılaşmasında isə "İnter" "Latsio"nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2-0 üstünlüyü ilə başa çatıb və “Latsio”nun 6 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Milan təmsilçisi bu turda rəqiblərinin xal itkisini maksimum dəyərləndirərək turnir cədvəlində birinci pilləyə yüksəldi.

İnzaqinin komandası həm taktiki baxımdan çevik, həm də psixoloji olaraq çox güclü təsir bağışladı - “İnter” artıq çempionluq yarışının əsas favoriti kimi görünür.

İdman.Biz