İngiltərə futbolunda bir dəqiqəlik sükut ləğv edilir

Xəbərlər
7 Noyabr 2025 13:34
48
İngiltərə futbolunda bir dəqiqəlik sükut ləğv edilir

İngiltərədə futbolu idarə edən təşkilatlar bundan sonra qlobal fəlakətlər və ya futboldan kənar hadisələri anmaq üçün oyunlardan qabaq bir dəqiqəlik sükut keçirməmək qərarına gəlib.

İdman.Biz xəbər verir ki, bu addım müxtəlif liqalar və federasiyalar arasında ortaq razılıq əsasında verilib.

Bildirilib ki, sükut dəqiqəsi yalnız futbol ictimaiyyətinə birbaşa təsir edən hallarda - məsələn, futbolçuların, baş məşqçilərin, əfsanələrin və ya fanatların vəfatı zamanı tətbiq olunacaq.

Qərarın məqsədi idman tədbirlərinin siyasi və ya qlobal müzakirələrdən kənarda saxlanılması, həmçinin sükut dəqiqəsinin mənəvi dəyərinin qorunması kimi izah edilir.

İdman.Biz