“Real Madrid”in hücumçusu Vinisius Junior ilə komandanın mümkün gələcək baş məşqçisi kimi göstərilən Xabi Alonso arasında yaranmış gərginliyin yaxın zamanda aradan qalxması ehtimal olunmur.
İdman.Biz xəbər verir ki, bu barədə məlumatı “El Chiringuito” yayıb.
Bildirilir ki, tərəflər arasında münasibətlərdə soyuqluq bir müddətdir mövcuddur və klub daxilində də hiss olunur.
Madrid klubu braziliyalı futbolçu üçün minimum 150 milyon avro (təxminən 277 milyon AZN) qiymət qoyub. Klub rəhbərliyi bu məbləğdən aşağı təkliflərin qəbul edilməyəcəyini vurğulayıb.
