Fatih Terim Çexiya millisinin baş məşqçisi vəzifəsinə gətiriləcək - VİDEO

5 Noyabr 2025 17:00
280
Fatih Terim Çexiya millisinin baş məşqçisi vəzifəsinə gətiriləcək - VİDEO

Türkiyəli məşhur futbol mütəxəssisi Fatih Terim yenidən fəaliyyətini bərpa etmək üzrədir.

İdman.Biz xəbər verir ki, Türkiyə mətbuatına istinadən 72 yaşlı təcrübəli məşqçi Çexiya millisinin yeni baş məşqçisi təyin olunacaq.

İddiaya görə, yaxın vaxtlarda “İmperator” ləqəbli Terimlə rəsmi müqavilə imzalanacaq və o, Çexiya yığmasında işləməyə hazırdır.

Qeyd edək ki, daha çox “Qalatasaray” və Türkiyə millisindəki uğurlu işi ilə tanınan F.Terim son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çalışıb.

İdman.Biz