Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib - FOTO

Xəbərlər
5 Noyabr 2025 14:25
29
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib - FOTO

AFFA-nın təşkilatçılığı ilə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi sayəsində, işğaldan azad edilmiş Cəbrayıl şəhərində şanlı qələbəmizin 5 illik yubileyi münasibətilə bayram festivalı təşkil olunub.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, tədbir Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta məktəbin futbol meydançasında keçirilib.

Festivalda 20-dən çox uşaq iştirak edib. Bayram əhval-ruhiyyəsində keçən tədbir zamanı onlar futbol oyunlarında iştirak edib və əyləncəli vaxt keçiriblər.

Tədbirin sonunda uşaqlara AFFA tərəfindən futbol topları hədiyyə olunub. Hədiyyələr Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri və veteran futbolçu Fərrux İsmayılov, eləcə də Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı tərəfindən təqdim edilib.

İdman.Biz