Elvin Cəfərquliyev: “Sabahkı qarşılaşmada soyuqqanlı olmalıyıq”

Xəbərlər
4 Noyabr 2025 18:18
44
Elvin Cəfərquliyev: “Sabahkı qarşılaşmada soyuqqanlı olmalıyıq”

Sabahkı oyunda səbrimizi qorumaq vacibdir.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, komandalarının matça yaxşı hazırlaşdığını bildirib: “Sabahkı görüşdə emosiyalara qapılmadan, soyuqqanlı və mübariz ruhla oynamalıyıq. Bu oyun bizim üçün çox önəmlidir. Rəqibin güclü və zəif tərəflərini təhlil etmişik. Onlar oyunun tempini artırmağı bacarırlar və belə qarşılaşmalarda həmişə gərginlik olur”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

İdman.Biz