UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi IV tur oyunu ərəfəsində İngiltərənin “Çelsi” komandası “Cobham Training Ground”da son məşqini keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Qeyd edək ki, “Qarabağ” - “Çelsi” qarşılaşması noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq və matç saat 21:45-də start götürəcək.
        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    